Elan

Dəyərli şahmat ictimaiyyəti!
Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunan “Chess Tour Azerbaijan” layihəsini ardıcıl 2-ci il sizlərə təqdim etməkdən məmnunluq duyuruq.

Bu layihəyə 8 "open" yarış daxildir. Yarışlar AŞF və müstəqil təşkilatçılar tərəfindən vahid mərkəzdə birləşərək keçirilir. Yarışlar əsasən ölkənin turizm şəhərlərində, o cümlədən paytaxt Bakıda təşkil olunur.